Bu gün Ziraat Türkiyə Kubokunun yarımfinalında “Fənərbaxça” “Sivasspor” 0:0 hesablı ilk oyununun revanşında məğlub edib.
Mia.az verir ki, ilk hissədə hesab dəyişməsə də, 2-ci hissədə "Fənərbaxça" oyuna böyük basqı ilə başlayıb.
Nəhayət, 47-ci dəqiqədə Ferdi Kadıoğlunun möhtəşəm qolla hesabı açıb - 1:0.
Mişi Batşuayi 58-ci dəqiqədə "Fənərbaxça"nın 2-ci qoluna imza atıb - 2:0.
85-ci ildə King fərqi artırıb - 3:0.
Beləlklə, "Sivasspor"u darmadağın edən İstanbul komandası finalda “Ankaragücü” – “Başakşəhər” matçının qalibi ilə "döyüşəcək".
Xatırladaq ki, həmin oyun cümə axşamı saat 20.30-da başlayacaq. Emre Belözoğlunun çalışdırdığı "Başakşəhər" ilk matçda 1:0 hesabı ilə qalib gəlib.
Fərid
MİA.AZ