Ötən mövsüm "Real Madrid"lə razılığa gəlsə də, 72 milyon avro zəmanətli maaş və Fransa prezidenti Emmanuel Makronun müdaxiləsi ilə PSJ-də qalan Mbappe bu dəfə qəti qərarla komandadan ayrılır.
Mia.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, müqaviləsi 2024-cü ildə bitəcək Kilian Mbappenin 1 illik müqavilə uzatma variantından istifadə etməyəcək: "Klub rəhbərliyi onunla müqaviləni yenidən uzatmaq üçün görüşüb. Lakin ulduz qolçu çox açıq şəkildə komandadan gedəcəyini deyib".
İddiaya görə, bu dəfə ölkə prezidenti Makron belə, futbolçunun gedişini əngəllyə bilməyəcək: "O, yenidən "Real"la anlaşacaq".
Xatırladaq ki, Kilian Mbappe bu mövsüm PSJ-də 41 oyuna çıxıb. Fransız ulduz bu matçlarda 40 qol vurub, 9 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ