“Fatih Karagümrük”ün qolçusu Mbaye Diaqne “Trabzonspor”a transfer olacaq.
Mia.az xəbər verir ki, bu söhbət Spor Toto Super Liqanın 35-ci həftəsində "Trabzonspor"la "Fatih Karagümrük"ün qarşılaşmasından sonra daha da qızışıb.
Belə ki, oyunun 14-cü dəqiqədə hesabı bərabərləşdirən (1-1) Mbaye Diaqne əllərini havaya qaldıraraq sevincini nümayiş etdirməməsi onun Qara dəniz komanasına keçidə hazırlaşması ilə əlaqələndirilib.
Türkiyə mətbuatı yazır ki, mövsümün sonunda o, "Trabzonspor"la danışıqlara başlayacaq: "Diaqnenin "Trabzonspor"a vurduğu qola sevinməməsi də bununla bağıdır. Təcrübəli futbolçu indidən "Bordo-mavili" azarkeşlərlə münasibətlərini pozmaq istəmir".
Xatırladaq ki, "Trabzonspor" "Fatih Karagümrük"ə 4-1 hesabı ilə qalib gəlib.
Fərid
MİA.AZ