Almaniya Bundesliqasında "Auqsburq"u 3-0 məğlub edən "Borrusiya Dortmund" lider kürsüsünə "əyləşib".
Mia.az xəbər verir ki, hazırda Dortmund komandası son 10 ilin çempionu "Bavariya"nın 2 xal önündə çempionluğa doğru inamla irəliləyir.
Əgər "Dortmund" komandası qarşıdakı turda "Maynz"a qalib gəlsə, o zaman "Bavariya"nın 10 illik çempionluq seriyasına son qoyulacaq.
Onu da qeyd edək ki, “Bavariya” bu həftə sonu səfərdə “Köln”lə qarşılaşacaq.
Fərid
MİA.AZ