Spor Toto Super Liqanın 35-ci həftəsində səfərdə "Beşiktaş" "Adana Dəmirspor"u məğlub edib.
Mia.az xəbər verir ki, "Beşiktaş" geriyə düşdüyü matçda Aboubakar (2), Gedson və Cenkinqolları ilə rəqibini 4 dəfə mərkəzdən oyuna başlamağa məcbur edib.
Baxmayaraq ki, oyunda hesabı 19-cu dəqiqədə "Adana Dəmirspor"lu Yunes Belhanda açıb.
Onu da qeyd edək ki, "Adana Dəmirspor"un italiyalı baş məşqçisi Vinçenzo Montella 78-ci dəqiqədə sərt etirazlara görə qırmızı vərəqə alıb.
Beləliklə, "Beşiktaş" liqada keçirdiyi son 13 matçda məğlub olmayıb.
Bununla da "Adana Dəmirspor" 63 xalla 4-cü yerdə qalıb. Bi royun arıq keçirən "Beşiktaş" isə 74 xalla ikinci pilləyə yüksəlib
Fərid
MİA.AZ