Türkiyə superliqasını tərk edən ilk komanda bəlli olub.
Mia.az xəbər verir ki, superliqanın 35-ci həftə matçında səfərdə "Ankaragücü"yə 2:1 hesabı ilə uduzan "Ümraniyespor" aşağı liqaya düşüb.
Belə ki, 27 xalı olan "Ümraniyespor" superliqa ilə vidalaşıb. Xalını 39-a yüksəldən Ankaragücü isə "düşmə xətti"ndən uzaqlaşaraq orta sıralara yüksəlib.
Beləliklə, "Ümraniyespor" növbəti mövsümdən TFF 1-ci Liqada mübarizə aparacaq.
Məlumat üçün qeyd edək ki, "Ümraniyespor" ötən il superliqaya yüksəlmişdi.
Fərid
MİA.AZ