Bu ayın sonunda PSJ ilə müqaviləsi başa çatacaq Lionel Messiyə 500 milyon avroluq təklif göndərilib.
Mia.az xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn bu təklif dünyann müxtəlif nüfuzlu media orqanlarında manşet olub.
Məlumata görə, "Barselona"ya dönəcəyi ilə bağlı iddialara baxmayaraq, "Al Hilal" argentinalı ulduza etdiyi təklifi 400 milyon avroluq təklifi qaldırıb.
Yayıaln xəbərə görə, Ərəbistanı komandası ona rəsmən 500 milyon avroluq təklif göndərib.
Xatırladaq ki, argentinalı ulduz bu mövsüm PSJ-nin heyətində 38 rəsmi oyuna çıxıb. Messi PSKJ-də bu mövsüm 20 qol vurub, 19 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ