Spor Toto Super Liqanın 34-cü turunda "Fənərbaxça" ilə "Trabzonspor" oyununda maraqlı anlar yaşanıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, oyunda "Fənərbaxça"nın baş məqşisi Jorge Jesusla futbolçu arasında "atışma" yaranıb.
Məlumata görə, 58-ci dəqiqədə Arda Gülərə əsəbiləşən portuqaliyalı çalışdırıcı Ardaya bağırıb. Və bu zaman gözləmədiyi sərt reaksiya ilə qarşşılaşıb.
İddiaya görə, gənc ulduz baş məşqçiyə əlni havada yellətməklə aqressiv cavab verib: "Sən də rədd ol da...".
“Fənərbaxça” azarkeşləri sosial şəbəkədəki bu reaksiyaya görə Arda Gülərə dəstək verib.
Fərid
MİA.AZ