Konfrans Liqasının yarımfinalında "Fiorentina"nın "Bazel"i 120+9-cu dəqiqədə vurulan qolla məğlub eləməsi Türkiyə UEFA reytinqindəki yerini qorumasına səbəb olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, əgər “Bazel” qalib gələrək üst mərhələyə çıxsaydı, Türkiyə 12-ci yerdən 13-cü pilləyə geriləyəcək və bununla da Çempionlar Liqasına qatılmaq üçün ön seçmə mərhəlıədə oyanayacaqdı. Ancaq indi 2024-2025 mövsümündə Çempionlar Liqasına 2, Avropa Liqasına 2, Konfrans Liqasına isə 1 komanda göndərəcək.
Fərid
MİA.AZ