"Fənərbaxça"nın ötən axşam "Trabzonspor"u 3-1 məğlub etdiyi matçda siyasi sloqanlar səslənib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul klubunun tərəfdarları stadionda gözlənilməz çağışılar ediblər.
Onlar 14 mayda Türkiyə parlamentinə keçirilən seçkilərdə 4 deputat mandatı qzanan və keçmişdə Hizbullah təşkilatına isti münasibəti ilə tanınan HÜDA PAR partiyasına etiraz edən sloqan səsləndiriblər: "Hizbullahı Məclisdə istəmirik".
Azarkeşlər bununla yanaşı, “Türkiyə dünyəvidir, dünyəvi qalacaq” və "biz Mustafa Kamalin əsgərləriyik" şüarlarını da səsləndirib.
Fərid
MİA.AZ