İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgen Klopp cəzalandırılıb.
Mia.az xarici mediaya istinadla xəbər verir ki, Klopp liqada "Tottenhem"lə matçda hakimə qarşı sərt hərəkətinə görə 2 oyunluq cəza alıb.
İngiltərə Futbol Federasiyasından verilən açıqlamaya görə, Kloppun aprelin 30-da oynanılan və Liverpulun Tottenhamı 4-3 hesabı ilə məğlub etdiyi liqa matçından sonra hakim Paul Tierneyi tənqid edən açıqlamaları "uyğunsuz" hesab edilib.
Bu səbəbdən, o, mayın 21-də bazar günü "Aston Villa" və "Sauthempton"la oyunları tribunadan izləyəcək.
Təcrübəli məşqçi bununla bərabər 75 min funt sterlinq cərimə də olunub.
Fərid
MİA.AZ