Spor Toto Super Liqanın 34-cü turunda "Fənərbaxça" və "Trabzonspor" üz-üzə gəlib.
Mia.az xəbər verir ki, maraqlı keçən qarşılaşmadan "Fənərbaxça" 3-1 hesabı ilə qalib ayrılıb.
İstanbul komandası Mişi Batşuayinin 11-ci dəqiqədə vurduğu qolla önə keçib - 1:0
"Fənərbaxça" 58-ci dəqiqədə Luan Peresin qolu ilə hesabı 2-0-a çatdırıb.
71-ci dəqiqədə isə Enner Valensiya səhnəyə çıxıb. Ekvadorlu hücumçu Ferdinin ötürməsini qola çevirib - 3:0.
"Trabzonspor" 79-cu dəqiqədə penalti qazanıb. Trezeqe penaltidə səhv etməyib - 3:1.
Oyun bu hesabla başa çatıb - 3:1
Qeyd edək ki, "Fənərbağça" azarkeşləri "Trabzonspor"a qarşı ilk hissədə 2 dəqiq fürsətdən yararlana bilməyən Dieqo Rossiyə etiraz ediblər. Uruqvaylı futbolçu oyunu tərk edərkən də fitə basılıb.
Onu da qeyd edək ki, bu qələbə ilə "Fənərbaxça" xalını 71-ı çatdırıb. "Trabzonspor" isə 48 xalla 8-ci yerdədir.
Fərid
MİA.AZ