Bu mövsüm "Brentford" forması ilə İngiltərə Premyer Liqasında 21 dəfə toru silkələyən İvan Toni "mərc oyunları"na qatılaraq, "sistemə dəsətk verdiyi üçün 8 ay futboldan uzaqlaşdırılıb.
Mia.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazıb.
Məlumata görə, hücumçu 2024-cü il yanvarın 16-dək heç bir matçda iştirak edə bilməyəcək.
Futbol Assosiasiyası ingilis futbolçuya cəza ilə yanaşı, pul cəzası da kəsib.
Xatırladaq ki, bu mövsüm Premyer Liqada 33 oyunda 20 qol və 4 məhsuldar ötürmə, Kubokda isə 2 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan İvan Toni bazar dəyərini 50 milyon avroya yüksəldib.
27 yaşlı hücumçu İngiltərə millisində də oynamağa başlayıb.
Fərid
MİA.AZ