Bu gün Bakı vaxtı ilə saat 23.00-da Çempionlar Liqasının yarımfinal oyununda "Mançester Siti" evində İspaniyadakı 1-1 hesablı oyunun revanşında "Real Madrid"i sınağa çəkib.
Mia.az xəbər verir ki, "Etihad" stadionunda keçirilən oyunun 23-cü dəqiqəsində Silva hesabı açıb.
37-ci dəqiqədə Silva "Mançester Siti"nin daha br qoluna imza atıb - 2:0.
76-cı dəqiqədə Militao ingilislərin daha bir qolunu "Real"ın qapısından keçirib - 3:0
90-cı dəqiqədə Alvares 4-cü qolu ispanların qapısına vurub - 4:0
Oyun bu hesabla başa çatıb.
Beləliklə, "Mançester Siti" finalda "İnter"lə "savaşacaq".
Fərid
MİA.AZ