Bu gün Çempionlar Liqasında ilk finalçısı bəlli olacaq.

Mia.az xəbər verir ki,  bu gün Bakı vaxtı ilə saat 23.00-da "Mançester Siti" İspaniyadakı 1-1 hesablı oyunun revanşında  "Real Madrid"i sınağa çəkəcək.

"Etihad" stadionunda keçiriləcək qarşılaşmanı polşalı hakim Şimon Marçinyak idarə edəcək.

Onu da qeyd edək ki, bu oyunun qalibi finalda  "İnter"lə "savaşacaq".

Fərid

MİA.AZ