Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23.00-da başlayan qarşılaşmada "Milan"la "İnter" üz-üzə gəliblər.
İlk oyunda 1-0 qalib gələn "İnter" bu dəfə də "Milan"a eyni hesabla qalib gəlib - 1:0.
Bununla da "İnter" Çempionlar Liqasının finalına vəsiqəni təmin edib.
"İnter" finalda bu gün axşam saat 23.00-da baş tutacaq "Mançester Siti" - "Real Madrid" oyununun qalibi ilə "döyüşəcək".
Fərid
MİA.AZ