Spor Toto Super Liqanın 34-cü həftəsində lider "Qalatasaray" səfərdə "İstanbulspor"la üz-üzə gəlib.
Mia.az xəbər verir ki, "Aslan" İkardinin qolları ilə "İstanbulspor"u 2:0 hesabı ilə məğlub edib.
"Sarı-qırmızılar" bu nəticə ilə xallarını 76-ya yüksəldib.
Bu qələbə ilə "Qalatasaray" çempionluğa bir addım da yaxınlaşıb.
Bununla da "Sarı-qırmızılı"ların gözü və qulağı cümə axşamı "Fənərbaxça" ilə "Trabzonspor" arasında keçiriləcək matçda olacaq.
Əgər “Qalatasaray” “Sivasspor”u məğlub edərsə, “Fənərbaxça” isə “Trabzonspor”a xal itirsə, şənbə günü axşam "Aslan" çempionluğunu elan edəcək.
Fərid
MİA.AZ