Çempionluq yarışında "Qalatasaray"ın arxasında qalan "Fənərbaxça"nın Baş məşqçisi Jorge Jesusun gələcəyi ilə bağlı müəmma davam edir.
Mia.az xəbər verir ki, mayın sonunda müqaviləsi başa çatacaq Jesusun komandada qalıb-qalmayacağı bəlli deyil.
Sözcü TV-nin xəbərinə görə, “Fənərbaxça” rəhbərliyi portuqlaiyalı məışqçi ilə yola davaçm etmək istəyir: "Ancaq klub B variantına da hazırlıq görür. Klub rəhbərliyi Jesus gedəcəyi təqdirdə ya “Adana Dəmirspor”un çalışdırıcısı Vinçenso Montella, ya da "Momako"da möhtəşəm futbol oynadan Leonardo Jardimla danışıqlara başlayacaq".
Fərid
Mia.az