"Fənərbaxça"nın sabiq kapitanı, məşqçi Ümit Özat seçkilərdə Kamal Kılıçdaroğluna səs verdiyini açıqlayıb. 

Mia.az xəbər verir ki, bu barədə o, paylaşımında bildirib.

Məşhur futbolçu Kılıçdaroğlu ilə çəkdirdiyi fotonu paylaşaraq yazıb: "Uğurlar, Piro... Arzuladığın hər şey bu millətin gerçəyi olsun. Başlayırıq...".

Özat daha sonra məşhurlıara səslənib: "Buradan digər məşhur dostlara bir neçə söz demək istərdim. Masanın altına gizlədiyin rakı qədəhləri belə səndən dik durur. Qorxma oğlum. Niyə yan-yanaykən dediklərini millətdən gizlədirsən ki...".

Fərid

Mia.az