Superliqada bu mövsümün çempionu olma şansı yüksək olan "Qalatasaray" indidən ən azı 60 milyon avro qazanc şansına sahiblənib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" qəzeti yazıb.

Bildirilib  ki, "Qalatasaray"ın futbolçuları -  Saşa Boey, Lukas Torreyra və Viktor Nelsonu heyətinə qatmaq istəyən Avropa klublaır arasında rəqabət gücləınib: "Düzdür, bu futbolçular "Qalatasaray"ı tərk etmək istəmirlər. Ancaq bu, futboldur, hər şey mümkündür. Hazırda "Milan" və "Fiorentina" Torreyra üçün 20-30 milyon avro, "Kristal Palace" Saşa Boey üçün 20-25 milyon avro, "Sevilya" və "Betis" isə Nelsson üçün ən azı 25 milyon avro xərcləməyə ahzırdır. Bu isə o deməkdir ki, "Qalatasaray" 3 futbolçusunun satışından ən azı 60 milyon avro qazana biilər".

Fərid

Mia.az