Fransa liqasında bu gün "Lion"la "Monpelye" arasında keçirilən qarşılaşma təkcə gərginliyi və maraqlı oyunu ilə deyil, həm də tarixə düşməsi ilə yadda qalıb.
Mia.az xəbər verir ki, “Lion” 31-ci dəqiqədə Aleksandr Lakazettinin qolu ilə hesabı açıb - 1:0.
"Montpelye" Sepe Elye Vahinin 40 və 41-ci dəqiqələrdə vurduğu qollarla önə çııxb - 1:2.
Elye Vahi 53-cü dəqiqədə penaltini də dəqiq yerinə yetirərək fərqi artırıb - 1:3
Elye Vahi bu qolla da yetinmyib. O, 55-də daha bir qola imza atıb - 1:4.
B qoldan sonra "Lion" özünü toparlayıb. 59-cu dəqiqədə yenə Lakazetti qol atıb - 2:4.
"Lion"da Deyan Lovren 70-ci dəqiqədə fərqi 1-ə endirib - 4:3
Lakazetti 82-ci dəqiqədə het-trik edib - 4:4.
Nəhayət, yenə Lakazetti 90+10-da komandasının 5-ci qələbə qoluu vurub - 5:4.
Bu nəticədən sonra "Lion" xalını 56-ya yüksəldib. "Monpelye" 43 xala sahibdi.
Növbəti həftədə “Lion” səfərdə “Klermont”la, "Monpelye" isə doğma meydanda "Loryenti" ilə qarşılaşacaq.
Fərid
MİA.AZ