"Fənərbaxğa" çempionluq yarışında ağır yara alıb.
Mia.az xəbər verir ki, Jorge Jesusun yetirmələri "Fənərbağça" səfərdə "Giresunspor"la 1:1 hesablı bərabərə qalaraq, lider "Qalatasaray"la aradakı fərqi qapatmaq şansını əldən verib.
Oyunda gəldikdə, "Fənərbağça" matçda 20-ci dəqiqədə Batşuayinin penaltidən vurduğu qolla önə keçib.
"Giresunspor" bu qola 68-ci dəqiqədə Rijad Bajiçin qolu ilə cavab verib.
Bu nəticədən sonra Fənərbağa"ça 68 xalla 2-ci, Giresunspor isə 28 xalla 16-ciı yerdədir.
Qeyd edək ki, bir oyun az keçirən lider "Qalatasaray"ın 70 xalı var.
Fərid
MİA.AZ