İngiltərə Premyer Liqasının 35-ci həftəsində "Mançester Siti" "Lids Yunayted"i qəbul edib.
Mia.az xəbər verir ki, İlkay Gündoğanın formasını geyindiyi "Mançester Siti" "Lids Yunayted"ə qalib gəlib - 2:1.
"Mançester Siti"nin hər iki qoluna İlkay Gündoğan imza atıb.
Belə ki, Almaniyada doğulan türk əsilli İlkay Gündoğan 19 və 27-ci dəqiqələrdə "Mançester Siti"yə qələbə qazandıran qolları vurub.
Bunan əlavə, türk oyunçu 84-cü dəqiqədə penaltini vura bilməyib.
"Lids"in yeganə qolunu 85-ci dəqiqədə Rodriqo qapı torundan keçirib.
Xatırladaq ki, İlkayın müqaviləsi mövsümün sonunda bitir.
Fərid
Mia.az