"Başakşəhər" Türkiyə kubokunun finalına vəsiqəni təmin edib.
Mia.az xəbər verir ki, Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsində “Başakşəhər” öz meydanında “Ankaragücü”nü 1:0 hesabı ilə məğlub edib.
Gərgin keçən oyunun 43-cü dəqiqəsində Ahmed Touba qırmızı kartla meydan qovulub.
Emre Belözoğlunun cəzalı olmasına görə, "Başakşehir"i meydana çıxaran köməkçisi Selçuk Şahin də 82-ci dəqiqədə qırmızı kartla cəzalandırılıb.
Beləliklə, 10 nəfər və məşqçisiz qalan "Başakşehir" 90+5-də Figueiredonun qolu ilə finala adını yazdıra bilib.
Fərid
MİA.AZ