“Fənərbağça” 26 yaşlı cinah hücumçusu Rayan Kentlə razılığa gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Fənərbaxça” hazırda Şotlandiyanın “Reyncers” komandasında oynayan və mövsümün sonunda müqavilə müddəti başa çatacaq ingilis hücumçusu Rayan Kentlə anlaşıb.
Məlumata görə, “Reyncers” onu 2019-cu ildə İngiltərənin “Liverpul” komandasından 7,2 milyon avroya transfer edib.
Mövsümün sonunda müqaviləsinin bitməsinə görə, türk klunbu onnun transferi üçün pul ödəməyək.
Hazırda bazar dəyəri 11 milyon avro olduğu deyilən Ryan Kent bu mövsüm Şotlandiya liqasında 29 oyuna çıxıb. Bu matçlarda o, cəmi 3 qol vurub, 10 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ