"Malatyaspor"un fevralın 6-da baş verən zəlzələdə dağıntı altında qalan qapıçısı Ahmet Eyüp Türkaslandan acı xəbər var.

Mia.az xəbər verir ki, oyunçunun cəsədi az əvvəl dağıntının altından çıxarılıb.

Bu barədə Show TV-yə canlı bağlantıda komandanın baş məşqçisi Yılmaz Vural ağlayaraq danışıb: "Ahmetimizin cansız bədəni çıxarıldı...".

Futbolçunun təmsil etdiyi klub da bu acı xəbərlə bağlı başsağlığı mesajı yayıb.

Fərid,

Mia.az