Türkiyədə baş verən dəhşətli zəlzələ bütün dünyanın diqqət mərkəzindədir.

Mia.az xəbər verir ki, zəlzələdən sonra qardaş ölkəyə maddi və mənəvi dəstək verənlərin sayı sürətlə artır.

Belələrindən biri də məşhur portuqliyalı baş məşqçi Jose Mourinyodur.

O, sosial şəbəkədəki səhifəsində Türkiyəninin yaşayan canlı əfsanəsi Fatih Terimlə birgə fotosunu paylaşaraq yazıb: "Türk və suriyalı dostlarımı qucaqlayıram".

Fərid,

Mia.az