"Hatayspor"un futbolçusu Mehdi Boudjemaa sosial şəbəkədə zəlzələdə evinə dəyən ziyanı açıqlayıb.

Mia.az xəbər verir ki, Hatayda yaşayan əlcəzairli futbolçu evin içindən çəkdiyi videonu paylaşıb.

Görüntülərdən  aydın olur ki, futbolçunun yaşadığı evdə ciddi dərin çatlar var.

Bu arada dünən dağıntı altında qalan klubun futbolçusu Kristian Atsu xilas olunub. Ağır xəsarətləri olan futbolçu xəstəxanaya qaldırılıb.

"Hatayspor"un rəsmisi Mustafa Özat bu faktı təsdiq edib. Deyib ki, Atsu, yaralı olarak dağıntı altından çıxarılıb: "Təəssüf ki, idman direktorumuz Taner Savut hələ də dağıntı altındadır. İnşallah, o da sağ xilas olunar. Artıq ən təhlikəli saatların sonuna doğru gəliirk".

Fərid,

MİA.AZ