PSJ tərəfdarları sevimli komandalarının "Monpelye"yə 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra üzücü xəbər alıb.

Mia.az xəbər verir ki, oyunun 21-ci dəqiqəsində zədələnən Mbappenin ən azı 3 həftə futbol oynaya bilməyəcəyi dəqiqləşib.

Həkimlər hücumçunun sol arxa əzələsində olan zədənin müalicəsinə başlayıb. 

Klubdan bildirilib ki, hücumçunun yoxluğu komandada hiss olunsa da, bu, oyun tempinə təsir etməyəcək.

Fərid,

Mia.az