İsraildə keçirilən parlament (knesset) seçkilərinin ilkin nəticələri açıqlanıb.
Mia.az xəbər verir ki, ilkin nəticəyə əsasən, Netaniyahunun liderlik etdiyi “Likud” Partiyası səslərin 23,40 faizini (31 mandat), “Yeş Atid” 17,8 faiz (24 mandat), “Sionut Datit” 10,4 faiz (14 mandat), “Maxane Mamlaxati” 8,93 faz (12 mandat), ŞAS 8,36 faiz (12 mandat), “Yaadut a-Tora” 6,07 faiz (9 mandat), “Evimiz İsraildir” 4,38 faiz (5 mandat) qazanıblar.