İranın Şiraz şəhərində Şahçerağ məqbərəsinə daxil olan naməlum şəxslər ibadət edənləri atəşə tutub.
Mia.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, terror aktı nəticəsində biri qadın, 3-ü uşaq olmaqla 20 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb: "Onlar ziyarətgaha giriş qapısından daxil olaraq ibadət edənlərə atəş açıblar".
Məlumata görə, atəş açanlardan biri saxlanılıb.