“Taliban” qruplaşması Əfqanıstanın cənub-qərbində yerləşən Nimruz və şimalındakı Cauzcan əyalətlərinə nəzarəti ələ keçirdiyini elan edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə avqustun 7-də qruplaşmanın tviter səhifəsində məlumat yayılıb.
Qruplaşma Cauzcanın mərkəzi Şiberqan şəhərində yerləşdiklərini bildirib. Bir gün əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi Şiberqanın “Taliban”dan təmizləndiyini açıqlamışdı.
Qeyd edək ki, Əfqanıstanın 34-də əyaləti var/Report.
Onu da xatırladaq ki, Cauzcan general Rəşid Dostumun nəzaərtində olan bölgə idi.
Mia.az