"Suriyada milli və dini birliyə nail olmaq məsələsindən əlavə, kürd məsələsi də ön plana çıxıb"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən Beynəlxalq Valday Müzakirə Klubunda etdiyi çıxışda deyib.

XİN başçısı bildirib ki, bu problemi asan həll etmək mümkün deyil: "Kürd məsələsi təkcə Suriyanı deyil, həm də regiondakı digər ölkələri narahat edir. Biz bu məsələ ilə bağlı bölgə ölkələriylə müzakirələr içindəyik".

Lavrov əlavə edib ki, Rusiya, Türkiyə, İran və digər qonşu ölkələr Suriyadakı durumla bağlı tez-tez fikir mübadiləsi aparırlar.

Hüseyn Namazov

MİA.AZ