Milyarder pedofil Ceffri Epsteynin cinayət işi ilə bağlı açılan sənədlərdə onun İsrailin keçmiş baş naziri Ehud Barakla əlaqələrindən geniş bəhs edilib.
Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, milyarder pedofil sabiq baş nazirə Nyu-Yorkda mənzil belə kirayələyibmiş.
Mlumatda deuyilir ki, yayılan istintaq sənədlərində Barakın uzun müddət bu mənzildə qaldığı məlum olub.
İsrail mediası da bu məsələni tirajlamağa başlayıb. Onlar Barakın qaldığı mənzilin "Ehudun mənzili" adlandırıldığını və bu ifadəyə Epsteynlə bağlı sənədlərdə 124 dəfə rast gəlindiyini bildirilib.
Məlumatda deyilir ki, 2015-2019-cu illər arasında yazışmalarda Barakın bu mənzilə yüzlərlə qalması ətraflı şəkildə izah olunub. Həmçinin, sənədlərdə Ehud Barakın həyat yoldaşı Nilinin həmin mənzildə qaldıqları zaman alış-veriş və yüksək sürətli internet və sair əlahiddə tələbləri olduğu da sənədlərdə yer alıb.
Firudin Səfərli
MİA.AZ