"İranın gələcəyi ilə bağlı narahatıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən Beynəlxalq Valday Müzakirə Klubunun 15-ci Yaxın Şərq Konfransında deyib.

Nazir çıxışında bildirib ki, İranda və ətrafında cərəyan edən prosesləri çox diqqətlə izləyirlər: "Biz vəziyyəti çox yaxından izləyirik. Oman hökumətinin Tehran-Vaşinqton arasındakı vasitəçilik səylərini də alqışlayırıq. Vəziyyətin sülh yolu ilə həllini dəstəkləyirik. Bu məqsədlə İranlı tərəfdaşlarımızla daim əlaqə saxlayırıq. Bəli, biz İranın gələcəyi ilə bağlı narahatıq. Biz İranla Körfəz Əməkdaşlıq Şurası arasında münasibətlərin tamamilə yaxşılaşdırılmasının tərəfdarıyıq".

Hüseyn Namazov

MİA.AZ