“Taliban” hərəkatının silahlıları Əfqanıstanın şimalındakı Cuzcan əyalətinin mərkəz şəhəri Şiberqana daxil olublar.
Yerli KİV-lər xəbər verir ki, hazırda şəhərdə döyüşlər gedir. “Taliban” döyüşçüləri ölkənin sabiq vitse-prezidenti, özbək səhra komandiri Rəşid Dustumun evini yandırıblar.
“Xinhua” xəbər verir ki, Əfqanıstan ordusunun verdiyi açıqlamaya görə, şəhər ətrafındakı döyüşlər zamanı “Taliban”ın 40 üzvü öldürülüb, 15-i əsir götürülüb.