ABŞ əvvəlcədən planlaşdırdığı kimi Əfqanıstanın 2 500 vətəndaşını üçüncü ölkəyə deyil, öz ərazisinə təxliyə edəcək.
Məlumatı “NBC News” telekanalı yayıb.
Bir müddət əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını ABŞ-a təxliyə edəcəklər.
Bildirilib ki, daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına və ya üçüncü ölkəyə köçürüləcək. Amerikalılar Əfqanıstandan çıxmağa başlayandan sonra ABŞ-la işləmiş 20 min nəfər köçmək üçün müraciət edib.
Xatırladaq ki, ABŞ və NATO qoşunları bu ilin mayından çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabrın 11-dək başa çatacağı planlaşdırılıb/Report.