Türkiyədə daha 236 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 11472 nəfərdə koronavirus aşkarlanıb, 38814 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 11394 nəfər koronavirusa yoluxub, 242 nəfər isə ölmüşdü.