"Rusiyan Ukraynaya qanuni maraqlarımızı pozmayan güzəştlərə getməyə hazırdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında deyib.
O bildirib ki, "Ukrayna ilə əlverişsiz sülh sazişi imzalanmayacaq: "Avropalılar və Zelenski ABŞ-la razılaşmaları pozmaq istəyirlər. Ümid edirik ki, bu anlaşmalar qorunacaq. Çünki iki ölkənin - Rusiya və ABŞ liderləri razılaşmalar barədə razılığa gəliblər. Amerikalı həmkarlarımızla təmaslarımızda bu istiqamətdə əlimizdən gələni edəcəyik. Uyğun olmayan, yəni, əlverişsiz sülh müqaviləsi imzalamayacağıq. Lakin qanuni maraqlarımızı pozmayan güzəştə getməyə hazırıq. Sülh müqaviləsi əldə edildikdən sonra Rusiyanın təhlükəsizliyinə, Rusiya vətəndaşlarına və Rusiya mədəniyyətinə heç bir təhdid olmamalıdır."
Lavrov əlavə edib ki, Avropa özünü tamamilə nüfuzdan salıb: "Bununla belə Rusiya maraqlarına uyğun olaraq Avropa ölkələri ilə dialoqu bərpa etməyə açıqdır"
Nazir NATO-nun Avrasiya qitəsindəki mövcudluğunu gücləndirmək cəhdlərini izlədiklərini də sözlərin əlavəe dib.
Samir MUSAYEV
MİA.AZ