İsrail Baş naziri Netanyahunu ABŞ-a aparan təyyarə yolunu uzadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində çıxardığ həbs hökmü olub.
İsrail mediası yazır ki, məhz bu səbəbdən təyyarə yolu xeyli uzadaraq Yunanıstan, İtaliya və Fransanın hava məkanından istifadə etməklə ABŞ-a uçmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, Qəzzadakı müharibəyə görə, Cinayət Məhkəməsi 21 noyabrda Baş naziri müharibə cinayətlərinə ittiham edən hökm verib.
Tahir Şəlvəli
MİA.AZ