Suriya ordusu YPG-nin nəzarətində olan strateji əhəmiyyətli Həsəkə şəhərinin ətrafındakı ərazilərdən geri çəkilməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

SANA ölkənin Müdafiə Nazirliyindən əldə etdiyi məlumatda bildiirib ki, Suriya ordusu hökumətlə YPG arasında əldə edilən razılaşma çərçivəsində Həsəkə şəhərinin ətrafındakı ərazilərdən geri çəkilir: "Daxili İşlər Nazirliyinə bağlı daxili təhlükəsizlik bölmələri Suriya ordusunun geri çəkildiyi ərazilərə yerləşdiriləcək".

Tahir Şəlvəli

MİA.AZ