Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının PKK lideri Öcalanla danışıqlar üzrə nümayəndə heyətini qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşə DEM Partiyasının Vandan olan deputatı Pervin Buldan, Şanlıurfadan deputatı Mithat Sancar qatılıb.

Prezident Aparataında baş tutan qapalı müzakirədə AK Partiya sədrinin müavini Efkan Ala və MIT direktoru İbrahim Kalın da iştirak edib.

Lamiyə Əhmədli

Mia.az