Türkiyədə daha 232 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 13029 nəfərdə isə koronavirus aşkarlanıb, 35167 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 14497 nəfər koronavirusa yoluxub, 278 nəfər isə ölmüşdü.