ABŞ Dövlət katibi Entoni Blinken və müavini Viktoriya Nuland Ukrayna Radasındakı fraksiya rəhbərləri ilə görüşüb.
Mia.az Axar.az-a istinadla xəbər verir ki, görüş zamanı ölkənin eks-prezidenti Pyotr Poroşenko ondan NATO üzvlüyünün perspektivləri barədə soruşub. Nuland ona cavabında bu mövzunun üzərinə çox düşülməməsini, əvəzində reformlar üzərində çalışılmasını tələb edib:
“Ukraynaya “lövhə” (NATO üzvlüyü nəzərdə tutulur – red.) heç nə verməyəcək”.
Blinken isə öz növbəsində Ukraynada korrupsiya ilə mübarizənin önəmli olduğunu deyib.