Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir idmançını cəzalandırıb.
AMADA-dan Mia.az-a verilən məlumata görə, bu, qadın velosipedçi Elfanə Camalovadır.
İdmançı nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməmək hallarına yol verdiyi üçün 2 il müddətinə diskvalifikasiya olunub.
Onun cəzası idmana qayıtdığı tarixdən hesablanacaq.