Çinin cənubunda yerləşən Beylü şəhərindəki uşaq bağçalarından birinə naməlum şəxsin bıçaqla hücumu nəticəsində 16 uşaq, 2 tərbiyəçi yaralanıb.
Məlumatı “RİA Novosti” yayıb.
Hücum etməkdə şübhəli bilinən şəxs tutulub.
Hadisənin səbəbi araşdırılır/Report.