Bu gün Azərbaycan Premyer Liqasında "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib.

Mia.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan oyun "Qarabağ"ın qələbəsi ilə bitib - 0:5.

Bu qələbədən sonra "Qarabağ" xalını 50-yə çatdırıb və liderlik kürsüsündə möhkəmlənib.