UEFA Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final matçını başqa ölkədə təşkil etmək fikrində deyil.

Bu barədə TASS-a Avropa futbol qurumunun mətbuat xidmətindən bildirilib. UEFA final matçının planlaşdırıldığı kimi, mayın 29-da Atatürk Olimpiya Stadionunda gerçəkləşəcəyini vurğulayıb.

Türkiyə Səhiyyə Nazirliyi aprelin 13-də ölkədə 59 187 koronavirusa yeni yoluxmanın qeydə alındığını açıqlayıb. Bu isə ölkə üzrə rekord göstəricidir/Report.