Türkiyə superliqasında mübarizə aparan "Ərzurumspor"da bu mövsüm 4-cü baş məşqçi dəyişikliyi yaşanıb.
Mia.az xəbər verir ki, klub rəhbərliyi bu dəfə komandanın sükanı arxasına Yılmaz Vuralı gətirib.
Məlumata görə, klubla tanınmış məşqçi arasında mövsümün sonunadək anlaşma əldə olunub.
Xatırladaq ki, 5 gün əvvəl İsmayıl Qartal komandaya baş məşqçi təyin olunmuşdu. Lakin bir oyuna belə çıxmadan dünən o, istefa verib.
Mia.az