Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Qətər yığması ilə üz-üzə gəlib.

Mia.az xəbər verir ki, oyun Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionundakı baş tutub.

Qarşılaşma Qətərin qələbəsi ilə başa çatıb - 2:1.

Qeyd edək ki, millimizin yeganə qolunu 16-cı dəqiqədə Ramil Şeydayev vurub.

Millimiz növbəti matçını martın 30-da Bakı Serbiya yığmasına qarşı keçirəcək.